Vətən müharibəsi şəhidi gizir Faiq Vəlizadənin anası dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, şəhidin anası Göyçək Hacıağayeva Zərdab rayonunda xəstəlik səbəbindən vəfat edib.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü Faiq Vəlizadə 2020-ci ilin oktyabrın 17-də Suqovuşan istiqamətindəki döyüşdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
![](https://img.qaziler.az/gallery/2024/04/156898_66150b6b97052.jpg)
![](https://img.qaziler.az/gallery/2024/04/156898_66150b6b97924.jpg)
![](https://img.qaziler.az/gallery/2024/04/156898_66150b6b9797c.jpg)