“Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edildi

“Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edildi backend

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Lent.az-ın məlumatına görə, Əsasnamənin 8.25-1-ci bəndində “turistlər üçün elektron viza almaq hüququ olan” sözləri “turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, dəyişiklik Əsasnamənin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədi ilə edilib.
Diaspora