"Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər "28 May" stansiyasında düşürülüb.
"APA-Economics"in "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbərinə görə, qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib: "Yaranmış problem qısa müddətdə aradan qaldırılıb".