Ölkəmizdə 60 min nəfərdən artıq işləyən pensiyaçı var.
Qaziler.az bildirir ki, bu barədə DOST TV-də izləyici suallarını cavablandırarkən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.
Nazir bildirib ki, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin həmin iş müddətində topladıqları kapital hər ilin əvvəlində indeksləşdirilməklə artırılır. Hər 6 ildən bir həmin kapital 72-yə bölünərək pensiyasına əlavə olunur.
Hazırda bununla bağlı elektron proqram hazırlanır və cari ildə bu proqram istifadəyə veriləcək.
Yəni, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin hər 6 ildən bir pensiyasının yenidən hesablanıb artırılması həmin 6 il tamam olan kimi e-sistem üzərindən olmaqla avtomatik, proaktiv qaydada həyata keçiriləcək.
Artıq vətəndaşların bununla bağlı müraciətinə ehtiyac qalmayacaq.