"İnsanlar harada gəldi yolu keçir" Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, son günlərdə ölkədə piyadaların ölümü ilə nəticələnən yol qəzaları xeyli artıb: "İnsanlar harada gəldi yolu keçir, müəyyən olunmamış yerlərdən əks tərəfə keçməyə çalışırlar. Xüsusi ilə gecə saatlarında və yağmurlu hava şəraitində piyadaları görmək çox çətinləşir. Bu səbəbdən həm sürücülərə, həm də piyadalara müraciət edərək bildiririk ki, maksimum ehtiyatlı olsunlar, həyatlarına ciddi yanaşsınlar. Havaların soyuması ilə insanlar daha çox tünd rəngli üst geyimləri geyinir. Bu da sutkanın qaranlıq vaxtı sürücülərin piyadaları görmək imkanını çətinləşdirir".
Qeyd edək ki, son sutka ərzində ölkədə baş verən yol qəzalarında 7 piyada həyatını itirib