DOST TV-nin ilk efirinin “Sosial saat” verilişinin qonağı nazir Sahil Babayev olacaq

DOST TV-nin ilk efirinin “Sosial saat” verilişinin qonağı nazir Sahil Babayev olacaq backend

Nazir müsahibə zamanı izləyicilərin suallarını da cavablandıracaq

Aprelin 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi olaraq, ölkəmizdə ilk sosial televiziya - DOST TV fəaliyyətə başlayacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, yeni internet televiziya əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları üzrə verilişlər, xəbərlər yayımlamaqla, izləyici suallarının birbaşa cavablandırılmasını da təmin edəcək.

DOST TV-nin sabahkı ilk efirinin “Sosial saat” verilişinin qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olacaq. Nazir müsahibə zamanı izləyicilərin nazirliyin fəaliyyət sahələrinə dair suallarını da cavablandıracaq.

Aşağıdakı linklərə keçid edərək DOST TV-nin izləyicisi, habelə kanalın rəsmi sosial şəbəkə hesablarına abunə olmaq mümkündür:

Diaspora