Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB backend

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 35 ailə olmaqla, 138 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə mənzilllərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

12.25

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

"Report" xəbər verir ki, şəhərdə doğma yurduna çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Bununla da Füzuli şəhərinə 666 ailənin, yəni 2 517 nəfərin daimi məskunlaşması təmin ediləcək.

Diaspora