Mayın sonundan başlayaraq Xocalıya ilk köç nəzərdə tutulub

Mayın sonundan başlayaraq Xocalıya ilk köç nəzərdə tutulub backend

Xocalıda hazırda təmizlik, yenidənqurma və tikinti işləri həyata keçirilir.

APA xəbər verir ki, bunu Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda təmizlik işləri başa çatmaq üzrədir: “Yenidənqurmaya yaramayan evlərin söküntüsü aparılır. Bununla da paralel olaraq tikinti işləri həyata keçirilir. Xocalıda 500-ə yaxın evdə təmir-tikinti, abadlıq işləri görülür. Yollar, qaz və sular çəkilir”.

İcra başçısı qeyd edib ki, may ayının sonu, iyun ayının əvvəllərində Xocalıya ilk köç nəzərdə tutulub: “Birinci 50 ailə öz doğma el-obalarına qayıdacaq. Daha sonra davamlı olaraq köç olacaq. Xocalı şəhərinin 8400, Xocalı rayonun 17000 min əhalisi var”.

Diaspora