Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı (1990-1991) olmuş, AXC Ağdam şöbəsinin sədri Eldar Bağırov Heydər Əliyev parlamentdə çıxış edərkən səs-küy salanlara qarşı kəskin iradını bildirmişdi.
Bu barədə tanınmış Qarabağ qazisi Rey Kərimoğlu saytımıza bildirib.
Son günlər AXC Ağdam şöbəsin sədri Eldar Bağırovun məzarının tapılması ilə mətbuatda xəbərlər gedir, onunla bağlı məlumatlar paylaşılır.
R.Kərimoğlu saytımıza Eldar Bağırovla bağlı daha bir maraqlı faktı açıqlayıb: "Eldar Bağırov 1991-ci ilə Azərbaycan SSR Ali Sovetində Ağdamdan olan deputat idi. O vaxtı Heydər Əliyev parlamentdə çıxış edəndə müəyyən deputatlar ayaqlarını yerə döyüb fit çalanda Eldar Bağırov mikrafonu götürüb dedi ki, ayıbdı, Heydər Əliyev ağsaqqal, dünyagörmüş adamdı, nəhəng SSRİ-də rəhbər şəxs olub. Bu gün bizim Qarabağ boyda dərdimiz, problemimiz var. Heydər Əliyev təcrübəli adamdı. Gəlin onun təcrübəsindən istifadə edək, onu irəli verək və ardınca gedək. İndi çxıışın mətni tam dəqiq yadımda deyil, amma taxminən yuxarıdakı kimi demişdi Eldar Bağırov".
QAZİLER.AZ