Şirin Mirzəyevi Ağdama kim dəvət etmişdi? - Tanınmış qazi AÇIQLADI

Şirin Mirzəyevi Ağdama kim dəvət etmişdi? - Tanınmış qazi AÇIQLADI backend

Azərbaycanda ilk ərazi özünümüdafiə batalyonu olan, 836 saylı batalyonu yaradan Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevi Ağdama dəvət edən Eldar Bağırov olub. Bu, məsələ AXC-nin ovaxtkı fəalı ağdamlı Şahin Qarayev vasitəsi ilə baş tutdu.

Məlumatı Qaziler.az-a Qarabağ qazisi, Şirin Mirzəyevin yaratdığı batalyonun kəşfiyyatçısı olmuş Rey Kərimoğlu bildirib.

" Ağdamın və Qarabağın bir çox kəndlərini müdafiə etmək məqsədi ilə  ərazi özünümüdafiə batalyonu yaratmaq üçün Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevi  Ağdama Eldar Bağırov dəvət edib. Şirin Mirzəyev Şahih Qarayevlə Ağdama gəldi, sözügedən hərbi hissənin yaradılmasına başlandı. Mirzəyev əvvəlcə vaxtı ilə onunla sovet ordusu sıralrında xidmətdə olmuş hərbçilər, əslən Seyidli kəndindən olan rəhmətlik Kərim Cəlilov, Telman Bağırovla görüşüb. Seyidli kəndinin klubunda ilk toplantı keçirilib. Sonra isə digər kəndlərdə görüşlər olub. Bu işlərin sağ qalan xeyli şahidi var. Şirin Mirzəyev 1991-ci iln sentyabrında əsasən Ağdamlı könüllürəindən ibarət batalyonu yaratdı. Özü də sonra döyüşlərdə şəhid oldu. Batalyonumuz Ağdamın, Xocavəndin, Ağdərənin və Qarabağın əlçatan yaxın kəndlərinin müdafiəsi üçün əlindən gələni etdi", - deyə Rey Kərimoğlu bildirdi. 

Qeyd edək ki, Rey Kərimoğlu Eldar Bağırovun məzarının tapılması ilə bağlı öz feysbuk hesabında paylaşım edib:

"Azərbaycanın mərd, qəhrəman oğlu, Ağdam Xalq Cəbhəsinin yaradıcısı və ilk sədri, Azərbaycan Ali Sovetinin deputatı Eldar Bağırovun Ağdamın Qarağacı qəbristanlığıdakı məzarı tapılıb. Çox şükür! Allah rəhmət eləsin! Ruhu şad olsun! E.Bağırov 1991-ci ilin 30 oktyabrında Bakıda xaincəsinə qətlə yetiriıdi! O, Azərbaycan uğrunda şəhid oldu! Eldar Bağırov keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin "Biz Azərbaycanın tərkibində yaşamaq istəyirik! Suriyadan, Yeravandan, Fransadan gələn erməni silahlılarından - "saqqallıları"ndan bizi xilas edin" məzmunlu müraciəti ölkə rəhbərliyinə təqdim edəndən sonra onu qətlə yetirdilər. Bu xəyanəti ört-basdır etdilər! Ruhun şad olsun, Eldar Bağrov! Başqa maraqlı faktlar da var.

E.Bağırov Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyində də böyük nüfuz sahibi idi".

"Eldar Bağırov o müraciəti Azərbaycanın o vaxtkı rəhbərliyinə çatdırıb qayıdanda axşam xidməti maşınında güllələnib. Yanında köməkçisi, silahdaşı Haqverdi olub. Onun hansı şəraitdə qətlə yetirildiyi, orada nə söhbət getdiyi bilinmir".

Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı (1990-1991).Eldar Bağırov 1953-ci ildə Ağdam rayonunda anadan olub. 1988-89-cu illərdə Azərbaycan Xalq Cəbhəsinin Ağdamda özəyini yaradıb və onun sədri olub. 1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən incidilən ilk qaçqınlar Ağdama gəldiyi gündən onların yerləşdirilməsi, ərzaq təminatı ilə məşğul olmağa başlamışdır. Yanına gələn hər kəsə bacardığı köməyi göstərirdi. Eldar Bağırovun Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərzaq və silah-sursatla təmin edilməsində böyük rolu olmuşdur.

Qarabağda ilk dəfə üçrəngli Azərbaycan bayrağını 1988 çi ildə Eldar Bağırov Ağdamın Xındırıstan kəndində sovetliyin binasının üstünə sancmışdır. 1992-ci il martın 21-də yaradılmış 845 saylı 790 nəfərlik batalyona Eldar Bağırovun adı verilir. Batalyona isə Allahverdi Bağırov rəhbərlik edirdi, çoxlu sayda uğurlu döyüş əməliyyatları keçirilmişdir.

1990-cı ildə Ağdam rayonundan Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-ci ildə Bakıda - Ali Sovetin iclasından qayıdarkən bacısı yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Eldar Bağırov, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qardaşıdır. Ailəli idi, 2 qız övladı var.

Diaspora