Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya üç beynəlxalq ISO sertifikatı təqdim edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, Observatoriya fəaliyyətinin ISO 9001:2015 (“Keyfiyyəti İdarəetmə Sistemi”), ISO 10015:2019 (“Kompetensiyaların (səriştələrin) idarə edilməsi və personalın inkişafı üzrə rəhbərlik”), ISO 29993:2017 (“Formal təhsildən kənar öyrənmə xidmətləri – xidmətə olan tələblər”) standartlarına uyğunluğunun qiymətləndirilməsi məqsədilə müraciət edib.
Hər üç istiqamətdə aparılan qiymətləndirmənin nəticəsi olaraq standartlar təsdiqlənib.
Həmin ISO sertifikatları təşkilatın məhsul və xidmətlərinin davamlı inkişafında, səriştələrin idarə edilməsi və işçi heyətinin fəaliyyətinin təkmilləşdirilməsində və s. mühüm dəstək olaraq təşkilatın ümumi fəaliyyətinə müsbət təsir göstərəcək.
Milli Observatoriya beynəlxalq standartların tələbləri əsasında fəaliyyətin keyfiyyətli idarəedilməsi, təlimlərin təşkili və həyata keçirilməsində standartların tələblərini təmin edəcək.