Bakı, Gəncə və Sumqayıtda ən təhlükəli vəziyyətdə olan binaların sayı AÇIQLANDI

Bakı, Gəncə və Sumqayıtda ən təhlükəli vəziyyətdə olan binaların sayı  AÇIQLANDI backend

Ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonlarında qəzalı binaların sökülərək yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 mln. manat vəsait ayrılıb.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazir deyib ki, 26 binada yaşayan 971 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb:

“Bu istiqamətdə Prezidentin tapşırığına uyğun olaraq, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina (2 886 ailə) ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 50 milyon manat vəsait ayrılıb. Növbəti 3 ildə bu istiqamətdə işlər davam etdiriləcək”.

Diaspora