Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı da həyat yoldaşından boşanıb.
Metbuat.az xəbər verir ki, C.Rüstəmxanlı ilə həyat yoldaşı Günel Rüstəmxanlı-Məmmədova arasında olan nikah pozulmuş hesab edilib. Bu barədə Yasamal Rayon Məhkəməsi 11 mart 2024-cü il tarixli qətnamə çıxarıb.
Qətnamədə göstərilib ki, C.Rüstəmxanlı ilə G.Rüstəmxanlı arasında Bakı Nikah Evində 2 iyun 2012-ci il tarixdə 1025 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Sənədə əsasən, tərəflərin birgə nikahından anadan olmuş 8 mart 2013-cü il təvəllüdlü və 17 iyun 2016-cı il təvəllüdlü övladları anaları G.Rüstəmxanlı-Məmmədovanın yanında qalmaları müəyyən edilib.
Qeyd edək ki, bir müddət əvvəl Sabir Rüstəmxanlının qızı Aydan Cəfərova-Rüstəmxanlının müğənni Elçin Cəfərovla boşandığı iddiaları yayılmışdı. Daha sonra müğənni bu informasiyanı təkzib edərək boşanmadıqlarını deyib.