Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, oktyabrın 15-də səhiyyə naziri Oqtay Şirəliyev Bərdə Müalicə Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirib. Qəbulda Bərdə ilə yanaşı, Tərtər, Ağdam, Yevlax və Goranboy rayonlarının sakinləri iştirak ediblər. Ümumilikdə 19 nəfərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.