Ən çox qohum evliliklərinin qeydə alındığı bölgələr AÇIQLANDI

Ən çox qohum evliliklərinin qeydə alındığı bölgələr  AÇIQLANDI backend

“Ədliyyə Nazirliyindən aldığımız məlumata əsasən, qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363, 2022-ci ildə isə 2 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204, 2022-ci ildə isə 608 olub”.

Qaziler.az "Bizim.media"ya istinadla xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün keçirilən qohum nikahları ilə bağlı ictimai müzakirədə deyib.

“Ən çox qohum nikahları Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb”, - deyə komitə sədri əlavə edib.

Diaspora