Hakerlər Britaniya bankından 30 milyon dollar oğurlayıb

Hakerlər Britaniya bankından 30 milyon dollar oğurlayıb backend

Hakerlər Böyük Britaniyada fəaliyyət göstərən bankları birindən 30 milyon dollar pul oğurlayıb.

İKT.lent.az-ın məlumatına görə, hakerlər banka “Microsoft Word” vasitəsilə ziyanverici “Bugat” və “Dridex” virus proqramları göndərərək bankı qarət ediblər. Bu barədə Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyindən bildirilib. Agentliyin məlumatında deyilir ki, Britaniya polisi cinayətin iştirakçısı olan, Moldovadan immiqrasiya etmiş 30 yaşlı Andrey Qinkula adlı şəxsi saxlayıb. Onun oğurluq faktları ilə əlaqədar ABŞ tərəfindən də axtarıldığı bəlli olub.

Məlumata görə, A. Qinkula və onunla əlbir olan bir neçə şəxs elektron poçtla istifadəçilərə “Microsoft Office Word” faylı göndərib. Bu fayllarda ziyanverici “Bugat” və “Dridex” bank proqramlarını yükləyən virus mövcud olub. İstifadəçi açılan pəncərələrə öz məlumatlarını daxil edən kimi, qarətçilər dərhal onun bank hesablarına daxil olmaq imkanları əldə ediblər, nəticədə onlar heç bir maneəsiz bu hesablardakı pulları çıxarıb və ya digər banklardakı hesablara köçürüblər.