Səhhətində yaranan problemlə bağlı fevralda xəstəxanaya yerləşdirilən tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu evə buraxılıb.
Qaziler.az bildirir ki, bu barədə Rey Kərimoğlu saytımıza bildirib. Qazi müalicəsini ev şəraitində davam etdirəcəyini dedi.
Xatırladaq ki, fevralın 22-dən yüksək təzyiq və burundan qan açılması ilə Xətai Tibb Mərkəzinə çatdırılan Rey Kərimoğlu fevralın 27-də həmin xəstəxanadan çıxb, səhəri gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Reablitasiya Mərkəzinə yerləşdirilib və orada müalicəsini davam etdirib.
"Sağalmağım üçün zəhmət çəkən həkimlərin hamısına, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbərliyinə, agentliyin tibbi personalına, nazirliyə təşəkkür edirəm. Çox sağ olsunlar", -deyə Rey Kərimoğlu bildirib.
QAZİLER,AZ