Azərbaycanda elektron ticarət dövriyyəsi iki dəfə artıb

Azərbaycanda elektron ticarət dövriyyəsi iki dəfə artıb backend

Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi artıb.


İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkədə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 9,3 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən iki dəfə çoxdur.

Elektron ticarət vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 92,2 faizi hüquqi şəxslərdən, 7,8 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,4 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.
Diaspora