Ermənistanda itkin düşən Ruslan Pənahov Azərbaycana təhvil veriləcək

Ermənistanda itkin düşən Ruslan Pənahov Azərbaycana  təhvil veriləcək backend

Ermənistan Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib.

Bu barədə Ermənistan mediası ölkənin Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Qərarın “ən yüksək səviyyədə Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya uyğun olaraq” qəbul edildiyi bildirilib.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb və Ermənistan tərəfə keçib.

Diaspora