Bakı şəhərində bu ilin yanvar və fevral ayları ərzində baş verən yol qəzaları zamanı 25 nəfər ölüb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, qeyd olunan aylar ərzində paytaxt ərazisində 62 ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 25 nəfər ölüb, 46 nəfər isə xəsarət alıb.
Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 3 fakt (4,6 faiz), ölənlərin sayı 7 nəfər (21,9 faiz), xəsarət alanların sayı isə 8 nəfər (14,8 faiz) azalıb.