AZAL Bakı-Naxçıvan reyslərinə biletləri əvvəlcədən almağı tövsiyə etdi

AZAL Bakı-Naxçıvan reyslərinə biletləri əvvəlcədən almağı tövsiyə etdi backend

Novruz bayramında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq "Azərbaycan Hava Yolları" QSC (AZAL) bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.

Bu barədə AZAL xəbər verir.

Məlumata görə, aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur: "Zərurət yaranarsa, AZAL bayram günlərində bu marşrut üzrə uçuşların sayını artıracaq".

"Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və yaxud AZAL-ın kassalarından əldə etmək mümkündür",- deyə məlumatda qeyd edilib.

Diaspora