Masallıda yeraltı qazıntı zamanı boru zədələnib.
Report xəbər verir ki, rayonun Səmidxan kəndində yeraltı kabelin çəkilməsi üçün qazıntı işləri aparılan zaman diametri 160 mm-lik boru zədələnib.
Nəticədə 800 abonentin qaz təminatı dayandırılıb.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.