Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Mərakeşdə tədbirdə iştirak edib - FOTO

Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Mərakeşdə tədbirdə iştirak edib - FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığının Mərakeş şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət Məşğulluq Xidmətləri Şəbəkəsinin (OIC-PESNET) 4-cü görüşündə iştirak edib.

Qaziler.az xəbər verir ki, tədbir OIC-PESNET Katibliyi, Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi və Mərakeş Krallığının Məşğulluq və Bacarıqların Təşviqi üzrə Milli Agentliyi tərəfindən təşkil olunub.

Əsas məqsəd İƏT-in əməyin təhlükəsizliyi və sağlamlığın qorunması üzrə şəbəkəsinin 2021-2022-ci illər üzrə İş Planı çərçivəsində həyata keçirilmiş fəaliyyətlərin nəticələri ilə tanış olmaq, 2024-2026-cı illəri əhatə edən yeni iş planını müzakirə etməkdir. 

Agentliyin nümayəndələri tədbirdə qurumun fəaliyyəti və görülən işlər barədə məlumat verib. Həmçinin Azərbaycanın rəqamsallaşma sahəsində qabaqcıl təcrübələrinin İƏT-ə üzv ölkələr ilə bölüşülməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Qeyd edək ki, ümumilikdə Dövlət Məşğulluq Xidmətləri Şəbəkəsinin 4-cü görüşü İƏT-ə üzv ölkələrin Dövlət Məşğulluq Xidmətlərinin fəaliyyəti ilə bağlı müzakirələrə və bu sahə üzrə gələcək işlərin planlaşdırılmasına yönəlib.

Görüşdə eyni zamanda İƏT-ə üzv ölkələrin Məşğulluq Xidmətlərinin institutsional inkişafına dəstək üçün "Dövlət Məşğulluq Xidmətləri üzrə Potensialın Gücləndirilməsi Proqramı” (PES-CaB) çərçivəsində yeni İş Planının müvafiq tematik sahələri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Diaspora