İqtisadiyyat və Sənaye Nazirliyindən QAZİLER.AZ-a verilən məlumata görə, tərəfindən Mənzil Məcəlləsindən irəli gələn məsələlərin və mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərin təbliği, çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi, eləcə də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) yaradılmasının dəstəklənməsi istiqamətində tədbirlər davam etdirilir.
Görülmüş tədbirlərin nəticəsidir ki, Bakı şəhəri üzrə Binəqədi və Yasamal rayonlarının hər birində 4, Xətai rayonunda 3, Nəsimi və Səbail rayonlarının hər birində 2 və Nərimanov rayonu üzrə 1 MMMC olmaqla, artıq dövlət qeydiyyatına alınmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin ümumi sayı 16-ya çatmışdır.Hazırda ayrı-ayrı ünvanlarda yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq işlər davam etdirilir.