Türkiyə Milli istihbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində PKK-nın "rəhbər" şəxslərindən olan Gülsün Silgiri öldürüb.
Bu barədə “Report” “TRT Haber”ə istinadən xəbər verir.
Öldürülən şəxsin PKK-nın sözdə gənclərin strukturlaşdırılması üzrə rəhbər şəxslərdən biri olduğu bildirilir.
Qeyd olunub ki, onun terror təşkilatının qondarma gənclər hərəkatının üzvü olduğu aşkarlanıb. G.Silgir 2011-ci ildən etibarən aksiyalarda iştirak edərək gəncləri aldadıb təşkilata cəlb edirmiş.