8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün 7-ci mkr. A.Kunanbayev küçəsinin sakinləri ilə görüşüb.
Lent.az-ın məlumatına görə, Milli Məclisdə qəbul edilmiş “İctimai iştirakçılıq haqqında” Qanunun müəllifi olduğunu xatırladan A.Quliyev bildirib ki, bu qanun əsasında ölkədə ilk “İctimai şura” məhz Binəqədi rayonunda yaradılıb. A.Quliyev qeyd edib ki, seçicilərin dəstəyi ilə yenidən deputat seçildikdən sonra onları narahat edən məsələlərin həllində rayonun “İctimai şura”sı ilə sıx əməkdaşlıq şəraitində çalışacaq.
Seçicilər yaşadıqları əraziyə xas olan məsələləri deputatlığa namizədin diqqətinə çatdırıb, bəzilərinin həllinə köməklik göstərməsini xahiş ediblər.
Qeyd edək ki, 15 oktyabrda Azay Quliyevin seçicilərlə növbəti görüşü saat 18.00-da 8-ci mkr. N.Nərimanov küç. 81a ünvanında keçiriləcək.