Azərbaycanda məhkəmə qərarlarının icrası kəskin artıb

Azərbaycanda məhkəmə qərarlarının icrası kəskin artıb backend

Hüquqi və fiziki şəxslərə 124 milyon manat ödətdirilib Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iclasda struktur qurumların rəhbərləri iştirakı edib və nazirliyin 9 ayda fəaliyyətinin yekunları təhlil edilib.


Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib ki, mülki və iqtisadi münasibətlərin sürətlə artması, insanlarda məhkəmələrə inam hissinin yüksəlməsi məhkəmə mübahisələrinin və icra işlərinin sayının xeyli çoxalmasına səbəb olub. 2015-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 53% artaraq 350 mini ötüb. Görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil edib, könüllü icra olunan işlərin sayı artıb.
Bu ilin 9 ayında bələdiyyələrə inzibati nəzarət qaydasında 44 mindən çox bələdiyyə aktına baxılıb, bələdiyyələrin fəaliyyətində aşkar edilmiş cinayət xarakterli pozuntular, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar 40 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb.
Ədliyyə fəaliyyətində ictimaiyyətlə əlaqələrə böyük önəm verilir, vətəndaş cəmiyyətinin nümayəndələri nazirliyin tədbirlərində fəal iştirak edirlər.
Diaspora