Məhərrəm ayı başladı: oktyabrın 24-ü Aşuradır

Məhərrəm ayı başladı: oktyabrın 24-ü Aşuradır backend

Bu gündən Məhərrəm ayı başlayıb.


APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayı ilə bağlı fətvasında bildirilir ki, Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır, yeni Hicri 1437-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə təsadüf edir.

Məhərrəm ayının 10-u - Aşura günü 2015-ci il oktyabr ayının 24-nə təsadüf edir.

Fətvada qeyd olunur ki, Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi də yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər.

Diaspora