Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas və Xocalı Soyqırımının Tanıdılması İctimai Birliyinin sədri Ceyran xanım Əzizovanın təşkilatçılığı ilə 25 fevral 2024-cü il tarixində Pirşağı qəsəbəsində xeyir-şər məkanında Xocalı şəhidlərinin anım tədbiri təşkil edilib.
Qaziler.az xəbər verir ki, tədbirdə Xocalı sakinləri və qonaqlar iştirak ediblər. Türkiyədə fəaliyyət göstərən Turan Elçiləri Təşkilatının sədri Cəlal Öztəmizin də başsağlığı və salamını Radə Abbas şəhid ailələrinə çatdırıb.
Tədbirdə şəhid ailələri öz ürək sözlərini göz yaşları ilə çatdırıblar. Şəhid ailələri təssüflə qeyd ediblər ki, Pirşağı qəsəbəsində yaşayan 116 ailə 32 ildir taleyin ümidinə yaşayırıq. İlk dəfədir ki, Xocalı faciəsi günündə bizimlə birgə tədbir keçirilir. Tədbirdə şəhidlər üçün ehsan süfrəsi açılıb.
Allah rəhmət eləsin ruhu şad olsun şəhidlərimizin.
Xocalını unutmarıq, unutdurmarıq!!!
Radə Abbas