Rey Kərimoğlunun müalicəsi üçün əlavə həkimlər dəvət olundu

Rey Kərimoğlunun müalicəsi üçün əlavə həkimlər dəvət olundu backend

Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyininDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya  Agentliyi rəhbərliyinin təşəbbüsü ilə səhhətində ciddi problem yaranan Rey Kərimoğlunun müalicəsinə daha bir həkim biqadası - kardioloq və nevropatoloq qoşulub. 

Qaziler.az bildirir ki, xəstənin müalicə prosesi ilə maraqlanan həkimlər onu yenidən müayinə ediblər. R.Kərimoğlunun müalicə edən həkimlə məsləhətləşmədən sonra müəyyən tövsiyələrini verən həkimlər belə qənaətə gəliblər ki, onun vəziyyəti yaxın günlərdə normallaşa bilər.

Rey Kərimoğlu da saytımıza bildirib ki, müalicəsi davam edir, özünü yaxşı hiss edir, müalicənin gedişindən razıdır. 

Xatırladaq ki, fevralın 22-dən yüksək təzyiq və burundan qan açılması ilə Xətai Tibb Mərkəzinə çatdırılan tanınmış jurnalist Rey Kərimoğlu fevralın 27-də həmin xəstəxanadan çıxıb. 

Qarabağ qazisi hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Reablitasiya Mərkəzində müalicəsini davam etdirir.

QAZİLER.AZ

Diaspora