Rusiyadan keçən bütün tranzitlər qadağan edilə bilər

Rusiyadan keçən bütün tranzitlər  qadağan edilə bilər backend

Estoniyanın baş naziri Kaya Kallas Qərb ölkələrinə Rusiya ərazisindən bütün malların tranzitini qadağan etməyi təklif edib.

Qaziler.az bildirir ki, o, bu təkliflə Britaniyanın “Sky News” telekanalına müsahibəsində çıxış edib.

"Biz Rusiya ərazisindən bütün tranzitlərin (malların) qadağan edilməsini təklif edirik", - Estoniya Nazirlər Kabinetinin rəhbəri bildirib.

O, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yayınmamaq üçün belə bir addım ata biləcəyinə aydınlıq gətirib.

Bundan əvvəl Kallas bildirmişdi ki, Qərb Ukraynaya kömək etmək üçün bütün mümkün variantları, o cümlədən öz ordusunu bu ölkəyə göndərmək variantlarını nəzərdən keçirməlidir. O vurğulayıb ki, Rusiyanın bəyanatlarına baxmayaraq, belə bir addım eskalasiya istəyi kimi qəbul edilməməlidir, çünki Ukraynanı qorumaq lazımdır. Siyasətçinin fikrincə, Moskva Qərb ölkələrini qorxutmağa çalışır, lakin bu, onlara mane olmamalıdır. "Biz qorxmamalıyıq və vermək niyyətində olduğumuz qərarlardan imtina etməməliyik", - xanım nazir deyib.

QAZİLER.AZ

Diaspora