Yüksək təzyiqdən əziyyət çəkən tanınmış jurnalist və Qarabağ qazisi Rey Kərimoğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Reablitasiya Mərkəzinə yerləşdirilib.
Bu barədə Rey Kərimoğlu Qaziler.az-a özü məlumat verib.
Qarabağ qazisi bildirib ki, o, bir müddət bu bərpa mərkəzində müalicəsini davam etdirəcək.
Xatırladaq ki, fevralın 22-dən yüksək təzyiq və burundan qan açılması ilə Xətai Tibb Mərkəzinə çatdırılan tanınmış jurnalist Rey Kərimoğlu fevralın 27-də həmin xəstəxanadan çıxıb.
Qeyd edək ki, Qarabağ qazisinin səhhəti hələ də normallaşmayıb.
QAZİLER.AZ