Daha 4 rayona prokuror təyin olunub

Daha 4 rayona prokuror təyin olunub backend

Baş Prokuror Kamran Əliyev tərəfindən daha 4 rayona prokuror təyin edilib.

APA xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

 

İmişli rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Valeh Səmədov, İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Tural Yusifov, Şamaxı rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Müşfiq Səfərov və Zərdab rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Zaur Əliyev həmin vəzifələrə təyin olunublar.

Diaspora