Fevralın 22-dən yüksək təzyiq və burundan qan açılması ilə Xətai Tibb Mərkəzinə çatdırılan tanınmış jurnalist və Qarabağ qazisi Rey Kərimoğlu həmin xəstəxanadan çıxıb.
Qaziler.az bildirir ki, bununla bağlı Rey Kərimoğlu özü saytımıza məlumat verib. "Ayın 22-dən Xətai Tibb Mərkəzində müalicə alıram. Vəziyyətim ağır idi. Həkimlərin səyi nəticəsində təzyiqi normala qaytarmaq mümkün olub. İndi o xəstəxanadan çıxdım. Bu gün xəstəxanada boyun damarlarının doppler müayinəsi zamanı məlum oldu ki, baş-beyinə gedən damarlarda sıxılma var, qan yaxşı işləmir. Bu müayinə əsasında müalicə kursları təyin olunub...
Çox güman ki yaxın günlərdə ya xəstəxanaların və ya bərpa mərkəzlərinin birində müalicəmi davam etdirəcəm. Mən xəstələnəndə narahat olan, zəng edən, mesaj yazan, ümumiyyətlə qayğı göstərən hər kəsə salamımı çatdırır, dərin təşəkkürümü bildirirəm. Var olun, dostlar! Yaxşı ki, varsınız".
Rey Kərimoğlu TƏBİB-ə və xəstəxananın rəhbərliyinə də ağır vaxtlarında imkanları daxilində ona dəstək olduqlarına görə təşəkkürünü bildirib.
"Ola bilsin ki, başqa xəstəxanada müalicə alacam. Həkimlərlə hələ məsləhətləşirik. Bəlkə də bərpa mərkəzinə getdim. Hələlik ev şəraitində müalicə alıram", - Rey Kərimoğlu bildirdi.
Qeyd edək ki, Qarabağ qazisinin vəziyyəti hələ də ağır stabil qiymətləndirilir.
QAZİLER.AZ