Sahil Babayev Kiyomiddin Davlatzodanı qəbul edib - FOTO

Sahil Babayev Kiyomiddin Davlatzodanı qəbul edib - FOTO backend

Azərbaycan və Tacikistan arasında əlaqələr daim inkişaf edir və iki ölkə arasında əmək, məşğulluq, miqrasiya sahələrində də əməkdaşlıq getdikcə genişlənir.

Qaziler.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Tacikistanın əmək, miqrasiya və məşğulluq nazirinin müavini Kiyomiddin Davlatzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. O, Azərbaycan və Tacikistanın dövlət başçıları tərəfindən iki ölkə arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb.

Ölkəmizdə aparılan sosial islahatlar, eyni zamanda DOST konsepsiyasının uğurları diqqətə çatdırılıb. Əmək bazarının tənzimlənməsi və inkişaf etdirilməsi, miqrasiya siyasətinin təkmilləşdirilməsi, məşğulluq proqramlarının genişləndirilməsi istiqamətlərində atılan addımlardan bəhs olunub.

Sosial xidmətlər sistemində rəqəmsal texnologiyaların geniş tətbiqi işləri qeyd edilib. Bütün bu sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, fəal təcrübə mübadilələrinin aparılmasının qarşılıqlı fayda verəcəyi vurğulanıb.

K.Davlatzoda iki nazirlik arasında müvafiq fəaliyyət istiqamətləri üzrə əlaqələrin genişlənməsinə xüsusi önəm verdiklərini bildirib.  Görüşdə əmək və məşğulluq sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Diaspora