Dövlət Sosial Müdafiə Fondu üç beynəlxalq mükafata layiq görülüb - FOTO

Dövlət Sosial Müdafiə Fondu üç beynəlxalq mükafata layiq görülüb - FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Malayziyada təşkil edilən beynəlxalq müsabiqədə iki layihə ilə iştirak edib.  

Qaziler.az xəbər verir ki, “International Professional Trade Exhibition&Meeting Planner” beynəlxalq qurumunun keçirdiyi müsabiqədə münsiflər heyətinin qərarı ilə DSMF “Asiya regionu üzrə dövlət xidmətləri innovasiyaları - 2024” və “Beynəlxalq innovasiyalar üzrə mükafat” kateqoriyaları üzrə qalib seçilərək iki beynəlxalq mükafata layiq görülüb. 

Həmçinin DSMF daha bir ali mükafata - Tailand Krallığının Milli Tədqiqat Şurası tərəfindən təltif olunan Qızıl Mükafata da layiq görülüb.

Hər üç mükafat “Malaysian Technology Expo 2024” beynəlxalq sərgisinin təltifetmə mərasimində təqdim olunub. 

DSMF-nin nümayəndə heyəti həmin sərgidə də iştirak edib. Fondun sərgidə yer alan xüsusi pavilyonunda onun fəaliyyətinə dair materiallar və son dövrdə qazandığı nailiyyətlər nümayiş etdirilib. 

Sərgidə Azərbaycanla yanaşı, Malayziya, Xorvatiya, Misir, Çin, İndoneziya, İran və digər ölkələrin dövlət qurumları və özəl şirkətləri də iştirak edib. 

Diaspora