Almaniya kansleri Olaf Şolts Qərbin Ukraynaya yardımında tarazlığın pozulmasından əsəbiləşib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə “Tagesspiegel” yazıb. Siyasətçinin sözlərinə görə, Kiyevə indi uzaqmənzilli “Taurus” raketləri yox, mərmi lazımdır.
“O (Şolts) Ukraynanın indi həqiqətən ehtiyac duyduğu şeylə “Taurus” reketləri ilə bağlı müzakirələr arasında balansın olmamasından çox əsəbiləşir. Ukrayna Silahlı Qüvvələrində çatışmayan şey sursatdır”, - nəşr yazır.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba daha əvvəl bəyan etmişdi ki, o, “Taurus” uzaqmənzilli raketlərinin Ukraynaya çatdırılmasını mümkün hesab edir. Onun sözlərinə görə, Almaniya açıq şəkildə “yox” deməyib və bu da bir növ “hə” deməkdir.
QAZİLER.AZ