Xocalı sakinləri Səadət Zeynalova və Bayram Məmmədov 32 ildən sonra öz doğma torpaqlarına ayaq basıblar.
Bu barədə görüntülər Baku TV-nin hazırladığı reportajda yayımlanıb.
S.Zeynalova əliyalın çıxdığı yurdunda 32 il sonra atasının məzarını da taparaq ziyarət edib.
Onlar Xocalıda gördüklərindən göz yaşına boğulublar.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: