Qarabağ qaziləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Qarabağ qaziləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər backend

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev və təşkilatın üzvləri Bakıdakı "Ana harayı" abidəsini ziyarət ediblər.

A.Əliyev Qazilər.az-a bildirib ki, ziyarətdə Xocalı qurbanlarının xatirəsinə dualar oxundu, abidənin önünə  gül dəstələri qoyuldu, Şəhidlərimizin xatirəsi ehtiramla yad edildi.

O, qeyd edib ki, Qazilərimiz və xalqımız heç vaxt bu faciəni unutmayacaq!

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

Diaspora