Naxçıvanda 16 yaşlı qız qaçırıldı: Erkən nikahın qarşısı alındı

Naxçıvanda 16 yaşlı qız qaçırıldı:  Erkən nikahın qarşısı alındı backend

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda erkən nikahın qarşısı alınıb.

Qaziler.az xəbər verir ki, Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2024-cü il 24 fevral tarixdə Kəngərli rayonunun Xok kənd sakini 2008-ci il təvəllüdlü Xatirə Məmməd qızı Məmmədovanın (ad şərtidir) Xok kənd sakini 2002-ci il təvəllüdlü Həsən Hüseyn oğlu Həsənov (ad şərtidir) tərəfindən qaçırılması barədə məlumat əldə edib.

Komitə tərəfindən məsələyə dərhal reaksiya verilərək qanunamüvafiq araşdırılması və Xatirənin Məmmədovanın (ad şərtidir) ailəsinin yanına qaytarılması istiqamətində Kəngərli Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və rayon Polis Şöbəsinin aid əməkdaşları ilə birgə tədbirlər görülüb, müvafiq ünvana baxış keçirilib, hər iki tərəfin valideynlərinin də iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun söhbət aparılaraq yetkinlik yaşına çatmayan Xatirə Məmməd qızı Məmmədova (ad şərtidir) ailəsinin yanına qaytarılıb.

Diaspora