Xəbər verdiyimiz kimi tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu səhhətində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilib.
Qaziler.az bildirir ki, hal-hazırda onun vəziyyəti orta stabil qiymətləndirilir.
Xətai TibbMərkəzindən müalicə alan Rey Kərimoğlu saytımıza bildirib ki, təzyiqi hələ də tam normala düşməyib: "Müayinələr aparılır. Ümuni narahatlıq qalmaqdadır. Həkimlər təzyiqimi dərmanla salsalar da bir qədər sonra qalxır. Həkimlərdən də, TƏBİB-dən də diqqət və qayğılarına görə razıyam. Hələ ki, müayinələr davam edir. Sabah müxtəlif üsullarla baş-beynin qan-damar müayinəsi davam etdiriləcək".
Xatırladaq ki, Qarabağ qazisi bir neçə gün əvvəl yüksək təzyiqlə Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
QAZİLER.AZ