"Amrahbank"ın rəhbərliyində dəyişiklik baş verib. "APA-Economics"in xəbərinə görə, Behnam Qurbanzadə bankın İdarə Heyətinin sədr müavini təyin olunub. Qeyd edək ki, B. Qurbanzadə 2012-ci ilin avqust ayından 2015-ci ilin oktyabr ayınadək Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamentinin direktoru vəzifəsində çalışıb.
"APA-Economics"in ötən gün verdiyi məlumata görə, bankın adıçəkilən departamenti ləğv olunub, B. Qurbanzadə isə tutduğu vəzifədən uzaqlaşdırılıb.Bankın yaydığı bəyanatda qeyd edilib ki, departamentin öhdəlikləri bankın üzərində qalır.



