Qənirə Paşayeva Milli Məclisdə Tovuzla bağlı təkliflərlə çıxış edib

Qənirə Paşayeva Milli Məclisdə Tovuzla bağlı təkliflərlə çıxış edib backend

Millət vəkili Qənirə Paşayeva büdcə müzakirələri zamanı Tovuzla bağlı bir sıra təkliflərlə çıxış edib və hökuməti onların həlli istiqamətində dəstək göstərməyə çağırıb.


Lent.az-ın məlumatına görə, Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində sakinlərlə görüşdüyünü deyən millət vəkili kəndə gələn yolun çox ağır vəziyyətə olması, sakinlərin çox əziyyət çəkmələri, yolun düzəldiləcəyi ilə bağlı işlərin gecikməsinə dair fikirlərini səsləndirərək bildirib ki, bu yol doğurdan da pis vəziyyətdədir və onun qısa zamanda düzəldilməsinə ehtiyac var. Millət vəkili rayonda təbii qazla bağlı problemlər barədə də danışaraq deyib ki, Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunda xeyli sayda kənd hələ də qazlaşmayıb. O, "Azəriqaz"ı qısa zamanda onların problemlərinin həlli istiqamətində addımlar atmağa çağırıb. Millət vəkili Hunan kəndi ilə bağlı problemə xüsusi toxunub və bildirib ki, bu kəndin yaxınlığında yaşayış məntəqələri təbii qazla təmin edilib, amma neçə ildir bu kəndin məsələsi həll edilməmiş qalır və "Azəriqaz"ı qısa zamanda bu məsələni həll etməlidir. Millət vəkili eyni zamanda yeni yaşayış massivlərində yaşayan ailələrə təbii qazın verilməsi ilə bağlı yaradılan bürokratik problemlərə də toxunub və bildirib ki, hər hansı bir ailənin öz mənzilinə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar sənədləşmə məsələləri “Azəriqaz”ın rayonlarda olan şöbələri tərəfindən həyata keçirilməlidir: "Tovuzda bir sıra kəndlərdə sovet dövründə ev tikmiş abonentlerin evi təbii qazla təmin edilib, amma müstəqillik illərində tikilmiş yeni məhlələr deyilən yaşayış ərazilərində, evlərdə qaz yoxdur. Yəni bir kəndin içində əhalinin bir hissəsinin qazla təmin edilib, bir hissəsinin edilməməsi bu problemdən əziyyət çəkən insanları ciddi narahat edir və onlar bütün görüşlərdə bu məsələni qaldırırlar".

Bu barədə "Azəriqaz" rəhbərliyinə də müraciətlər etdiyini deyən millət vəkili Q.Paşayeva hökuməti bu məsələlərin həllində dəstək göstərməyə çağırıb.
Qənirə Paşayeva rayonun Əlimərdanlı, Qaraxanlı, Xatınli, Qədirli və Cilovdarlı kəndlərinin içməli su problemindən əziyyət çəkdiyini vurğulayaraq bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Tovuz rayonuna yeni içməli su xətti çəkilib və rayonun su probleminin həlli istiqamətində ciddi addımlar atılıb. Bu kəndlərə həmin xətdən su verilməsi, su xəttinin çəkilməsi üçün millət vəkili "Azərsu" rəhbərliyinə bir neçə dəfə xahiş etdiyini deyərək hökuməti qısa zamanda minlərlə insanın üzləşdiri bu problemin həlli istiqamətində dəstək göstərməyə çağırıb. O bildirib ki, Tovuz ölkəmizin Ermənistanla ön cəbhədə yerləşən böyük rayonlarından biridir.
Millət vəkili kəndlərdə ailələrin daha bir ciddi problemlə bağlı müraciətini də diqqətə çatdırıb. O, yataqxanalar probleminə toxunaraq bildirib ki, universitetlərə rayondan, kəndlərdən daxil olan gənclərin yataqxanalarda yerləşdirilməsi ciddi problemdir: "Bir çox ailələr var ki, uşaqlarını burada oxutmaq üçün kirayə ev tuta bilmir, buna imkanı yoxdur və xiddi problemlə üzləşirlər. Yataqxanaların tikintisi və saylarının artması çox ciddi bir məsələdir. Kəndlərdə görüşdüyüm insanlar bu məsələni Milli Məclisdə təkrar səsləndirməmizi və hökumət üzvlərindən bu məsələyə daha çox diqqət ayrılmasını xahiş edirlər".
Diaspora