Xətai Rayon Məhkəməsində Bakıda ailəsinin beş üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov barəsində ekspertiza keçirilməsi ilə bağlı təqdimata baxılıb.
Bununla bağlı Qafqazinfo.az məlumat yayıb.
Xətai Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib. Hakim Rəfail Sadıqovun sədrliyi ilə keçirilən prosesdə verilən qərara əsasən, Ə.Əhmədovun tibbi-ekspertizadan keçirilməsi üçün ixtisaslaşmış xəstəxanaya aparılmasına icazə verilib.
Ə.Əhmədov 20 gün müddətində stasionar qaydada ekspertizadan keçiriləcək, psixi xəstəliyinin olub-olmaması haqda rəy veriləcək.