DYP bugünkü futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib

DYP bugünkü futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib backend

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu gün "Qarabağ" futbol klubu ilə Portuqaliyanın "Braqa" klubu arasında keçiriləcək futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib.

Bu barədə idarədən məlumat verilib.

Məlumatda oyunu izləməyə gələn azarkeşlərdən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.

"Keçiriləcək matçla əlaqədar digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb. Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunu nəzərə alaraq ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur", - idarənin məlumatında vurğulanıb.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də Azərbaycanın "Qarabağ" futbol klubu ilə Portuqaliyanın "Braqa" klubu arasında futbol matçı keçiriləcək.

Diaspora