Kamil Zeynallının anası Sahilə Zeynallı oğlunun azad olunmasından danışıb.
Yenisabah.az-a açıqlama verən Sahilə xanım oğlunun sərbəst buraxılması ilə bağlı çox sevindiyini bildirib. Azərbaycan xalqına təşəkkürünü ifadə edib. Oğluna və özünə dəstək verənlərə təşəkkür edib.
"Gün ərzində mənə yüzlərlə dəstək zəngləri gəlib. Sevincimin həddi-hüdudu yoxdur. Millətimin ədalət hissini bir daha gördüm. Hər bir kəsə minnətdarlığımı bildirirəm" - Sahilə Zeynallı qeyd edib.
Anası Kamillə hələki danışa bilmədiyini bildirib: "Ona qarşı açılan cinayət işi ilə bağlı məsələnin nə yerdə qaldığı ilə bağlı məlumatım yoxdur. Kamilin Azərbaycana nə vaxt qayıdacağını da bilmirəm".