Tanınmış həkim məhkəmədə “Azərsu”ya qalib gəldi

Tanınmış həkim məhkəmədə “Azərsu”ya qalib gəldi backend

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) tanınmış azərbaycanlı terapevt Zaur Orucova qarşı qaldırdığı məhkəmə prosesi bu gün sona çatıb.

Oxu.Az xəbər verir ki, həkim Zaur Orucov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məhkəmədə qalib gəlib.

Həkimə bəraət verilib.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı həkim Zaur Orucov ilə əlaqə saxlayıb.

O, dəstək olan hər kəsə təşəkkürünü bildirib:

“Dəstək olan, maraqlanan hər kəsə minnətdaram. Vəkilimin xüsusi payı oldu. KİV-in də böyük rolu oldu. Bütün məhkəmə prosesini düzgün şəkildə işıqlandırıblar. Sentyabrdan bəri məhkəmə və ekspertiza prosesi gedir.

Bu gün sonuncu iclas oldu. Tam bəraət qazandım. Çünki işdə konkret təhqir olunan şəxs yox idi. 148-ci maddə ilə, yəni təhqiretmə ilə məni ittiham etdilər. Mənim təhqir etdiyimi dedilər. 6 ay müddətində kimi təhqir etdiyim soruşdum demədilər. Su ilə iki ilə yaxındır problem var idi. Bir dəfə 1 ay su olmadı. Müraciət etdim. Deyirdilər ki, haqlısan. Su ilə də təmin etdilər.

Lakin sonradan təhqir etdiyimi dedilər. Hətta video şəklində təhqir etdiyimi bildirdilər. Orada heç nə yox idi. 6 ay stress yaşadım. Amma haqq yerini tapdı”.

Xatırladaq ki, ötən il avqust ayında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tanınmış azərbaycanlı terapevt Zaur Orucova qarşı məhkəmə iddiası qaldıraraq, onun 6 ay müddətinə həbsə məhkum edilməsini istəyib. Zaur Orucovun təhqir edildiyi iddia olunurdu.

Diaspora