Qazi hər kəsin atasını sağaldan həkimi tanımasını istədi - FOTO

Qazi hər kəsin atasını sağaldan həkimi tanımasını istədi - FOTO backend

2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsi iştirakçısı, qazi Ariz Azik oğlu Quliyev atasına göstərilən diqqət və qayğıdan dolayı ürək-damar cərrahı Seymur Musayevə dərin minnətdarlığını bildirib. 

Qaziler.az xəbər verir ki, bu barədə Qarabağ qazisi saytımıza məktubla müraciət edib. Məktubunda qazi atasının sağlamlığına qovuşmasında qızıl əllərini əsirgəməyən, maddi qarşılıq güdməyən, bütün məsuliyyəti peşəkarlıqla üzərinə götürən Seymur həkimin bu əməlini hər kəsin bilməsi üçün saytda işıqlandırılmasını xahiş edib.

“Mənim atam Quliyev Azik uzun müddət idi ki, ürək xəstəliyindən əziyyət çəkirdi. Onun ürəyinin iki klapanı zəif işləyir, 1 klapanı isə fəaliyyətini tam dayandırmışdı. Ürəyin gücü 30 faizə düşmüşdü. Çox yerlərə apardıq, amma heç kim əməliyyata boyun olmurdu. “Ege hospital”da ürək-damar cərrahı Seymur Musayev boyun oldu və açıq ürək əməliyyatı etdi. Biləndə ki, xəstəsinin oğlu qazidir, bizə daha da doğmalıqla yanaşdı, təmənnasız atamı ayağa qaldırdı. Sizdən xahiş edirəm, bu qəbildən olan insanları qazilər olaraq dəyərləndirək”, - məktubda qeyd edilib. 

Qeyd edək ki, ürək-damar cərrahı Seymur Aydın oğlu Musayev 18 sentyabr 1974-cü ildə Goranboy rayonunun Xınalı kəndində anadan olub. 

2003-cü ildə Türkiyə Respublikasında Uzmanlıq Diplomu müdafiə etmişdir.

14 aprel 2005-ci ildən 15 iyul 2005-ci ilə qədər Türkiyə Respublikasının İzmir şəhərindəki "Şifa Xəstəxanalar Qrupu"nun "Şifa Xəstəxanası"nda ürək-damar cərrahı işləmiş və xəstələrə intensiv terapiyaya dair məsləhətlər vermişdir.

2005-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasının "Ürək-damar cərrahiyəsi şöbəsi"ndə ürək-damar cərrahı işləyir. Bu illər ərzində onun rəhbərliyi altında yüzlərlə uğurlu əməliyyat aparılmışdır.

"Ürək və damar xəstəlikləri mərkəzi"nin rəhbəri Rəşad Mahmudovla birlikdə 4000-dən çox və həmçinin regionlarda (Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə) açılmış yeni diaqnostik mərkəzlərdə 170-dən artıq açıq ürək əməliyyatları aparmışdır.

Hal-hazırda Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyəsi şöbəsinin müdiri kimi fəaliyyət göstərir.

QAZİLER.AZ
 

Diaspora