ABŞ-ın “Ford Motor” avtomobil istehsalçısı Çində “ağıllı” avtomobillərin hazırlanmasına 11,4 milyard yuan (1,8 milyard dollar) investisiya qoyacaq.
İKT.lent.az-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” nəşri xəbər yayıb.Şirkət növbəti 5 il ərzində “ağıllı” avtomobillərin pilotsuz idarəedilməsi və ya avtomobilin smartfonla əlaqəsi kimi müxtəlif texnologiyaları tərtib etmək niyyətindədir.
“Ford” şirkətinin icraçı direktoru Mark Filds bildirib ki, Çin üçün növbəti nəsil avtomobillər yerli istehlakçıların istəkləri nəzərə alınaraq istehsal olunacaq: “Biz Çin bazarında böyük artım görürük. Bu, təkcə bizim avtomobil satışı olan əsas biznesimizi inkişaf etdirmək üçün gözəl imkan deyil, həm də maşın sahibi olmaq istəməyən, ancaq bununla belə, mobil olmaq istəyən insanlar üçün xidmətlər göstərməyə əsas imkandır".