Qənirə Paşayeva Milli Məclisdə yenidən Qarabağ əlillərinin məsələsini qaldırdı

Qənirə Paşayeva Milli Məclisdə yenidən Qarabağ əlillərinin məsələsini qaldırdı backend

Millət vəkili Qənirə Paşayeva bu gün hökumət üzvlərinin iştirakı ilə MM-də büdcə müzakirələri zamanı Qarabağ müharibəsi əlillərinin müavinətlərinin artırılaraq pensiyalara çatdırılmasını və ya yaxınlaşdırmağı təklif edib.

“Mən Sosial siyasət komissiyasının sədr müavini Musa Quliyevin də bu istiqamətdə təkliflərini dəstəkləyərək bildirmək istəyirəm ki, müharibə illərində iş stajı olmayan və ya az olan yüzlərlə gənc insanımız döyüşlərdə sağlamlığını itirib və yaxşı olardı ki, müavinətlərin məbləği də pensiyalar həddinə çatdırılsın. Bu həmin insanlara böyük dəstək olardı” deyən millət vəkili Q.Paşayeva hökumət üzvlərini bu məsələni nəzərdən keçirməyə çağırıb.
Diaspora